...

Azərbaycan vətəndaşları Aİ-ni Sərsəng su anbarı ilə bağlı tədbir görməyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyul 2013 11:58 (UTC +04:00)
Azərbaycan Avropa Parlamentinə işğal edilmiş Dağlıq Qarabağ ərazisində yerləşən və dağılmaqda olan su bəndini əsaslı təmir etməyi Ermənistandan tələb etməsi üçün çağırış edib.
Azərbaycan vətəndaşları Aİ-ni Sərsəng su anbarı ilə bağlı tədbir görməyə çağırır

Azərbaycan, Bakı, 2 iyul / Trend, müxbir S.Əhmədova /

Azərbaycan Avropa Parlamentinə işğal edilmiş Dağlıq Qarabağ ərazisində yerləşən və dağılmaqda olan su bəndini əsaslı təmir etməyi Ermənistandan tələb etməsi üçün çağırış edib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili, "Avronest" Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun qərargahından verilən məlumatda deyilir.

Çağırış su anbarı ətrafında yaşayan sakinlər tərəfindən dəstəklənib.

Məlumatda deyilir ki, sakinlər öz qorxularını ifadə edir və ümid edirlər ki, Avropanın müdaxiləsi Ermənistanı 125 metr hündürlüklü su bəndinin yaratdığı təhlükəni müəyyənləşdirmək məqsədilə bəndin ətraflı texniki yoxlanışını aparmağa sövq edə bilər.

Sakinlərin məyusluğunu artıran fakt odur ki, Ermənistan 20 ildən bəri onların irriqasiya məqsədilə tikilmiş su bəndindən istifadə etmələrinə imkan vermir.

Sərsəng bəndi 12 kilometr uzunluğu olan gölün üzərində tikilib. Bədbəxt hadisə baş verərsə, hidroloqlar 30 kəndin su altında qalacağını müəyyən ediblər.

Qeyd edək ki, AVCİYA Sərsəng su anbarında mümkün humanitar faciənin qarşısının alınmasına yönələn irimiqyaslı layihə həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti