...

Cəbhə xəttində atəşkəs rejimi pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Sentyabr 2013 09:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Cəbhə xəttində atəşkəs rejimi pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino, Ağdam rayonunun Sarıcalı, Qaraqaşlı, Kəngərli, Goranboy rayonunun Tapqaraqoyunlu və Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti