...

Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərginləşib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Oktyabr 2013 10:05 (UTC +04:00)
Erməni silahlı bölmələri mövqelərimizi cəbhə xətti boyu atəşə tutublar.
Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərginləşib

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İ.İzzət/

Erməni silahlı bölmələri mövqelərimizi cəbhə xətti boyu atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Ağbulaq kəndlərində yerləşən mövqelərimizi, Noyenberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Xocavənd rayonunun Kuropatkino, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Aşağı Seyidəhmədli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti