...

Azərbaycan Ordusunun mövqeləri bir neçə istiqamətdən atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Noyabr 2013 09:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycan Ordusunun mövqeləri bir neçə istiqamətdən atəşə tutulub.

Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar və Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara və Quşçuayrım kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti