Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir S.Əhmədova/
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik gələn həftə Bakıya gələcək. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi bildirib.
Həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də ölkəyə səfəri gözlənilir. Bu barədə Trend-ə çərşənbə günü Kaspşikin özü məlumat verib.