...

ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan liderlərinin görüşünə hazırlıq görür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Fevral 2014 13:38 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə ATƏT-in saytında bildirilir.
ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan liderlərinin görüşünə hazırlıq görür

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbirlər E.Tariverdiyeva, S.Əhmədova/

ATƏT-in Minsk qrupunun Rusiya, Fransa, və ABŞ-dan olan həmsədrləri - İqor Popov, Jak For və Ceyms Uorlik, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik yüksək səviyyədə görüşə hazırlıq çərçivəsində yaxın həftələrdə tərəflərlə məsləhətləşmələri davam etdirəcəklər. Trend-in məlumatına görə, bu barədə ATƏT-in saytında bildirilir.

Bəyanatda deyilir ki, həmsədrlər 4-6 fevral tarixlərində Bakıya və Yerevana səfər ediblər.

Müzakirələrdə həmsədrlər son zamanlarda Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti və sərhəddəki gərginlikdən dərin narahatlıqlarını bir daha vurğulayıblar və tərəfləri təmkinli olmağa çağırıblar.

Bəyanatda deyilir ki, tərəflər xüsusilə də Soçidə keçirilən Qış Olimpiya Oyunları müddətində atəşkəs rejiminə əməl olunacağını və gərginliyə yol verilməyəcəyini bildiriblər.

Qeyd edək ki, həmsədrlər regiona səfərləri çərçivəsində hər iki ölkənin prezidenləri ilə görüşüblər. Həmsədrlər prezidentlərlə Parisdə xarici işlər nazirlərinin son görüşünün nəticələrini müzakirə ediblər və Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda irəliləyiş əldə olunmasının vacibliyini vurğulayıblar. Onlar Vyanada razılaşdırıldığı kimi, danışıqların ən yüksək səviyyədə davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Həmsədrlər, həmçinin hər iki ölkənin xarici işlər nazirləri və müdafiə nazirləri ilə də məsləhətləşmələr aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti