...

Ermənistan hərbçiləri müxtəlif istiqamətlərdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2014 09:47 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan hərbçiləri müxtəlif istiqamətlərdə atəşkəs rejimini pozublar

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Ermənistan hərbçiləri müxtəlif istiqamətlərdə atəşkəs rejimini pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti