...

Rusiya XİN: Moskvada Dağlıq Qarabağ nizamlamasının aktual məsələləri müzakirə olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Mart 2014 09:56 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupu formatında praktiki məsləhətləşmələrin davamı olaraq martın 12-də Moskvada Rusiya xarici işlər nazirinin müavini - stats-katib Qriqori Karasinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilib.
Rusiya XİN: Moskvada Dağlıq Qarabağ nizamlamasının aktual məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbur E.Tariverdiyeva/

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupu formatında praktiki məsləhətləşmələrin davamı olaraq martın 12-də Moskvada Rusiya xarici işlər nazirinin müavini - stats-katib Qriqori Karasinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilib. Trend-in məlumatına görə, bu barədə Rusiya XİN-in yaydığı xəbərdə deyilir.

Görüşdə Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının aktual məsələləri müzakirə olunub.

Daha sonra Uorlik "Twitter" sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb ki, Moskvada keçirilən məsləhətləşmələr konstruktiv olub və ABŞ, Rusiya və Fransa sülh prosesinə dəstək göstərmək üçün birlikdə işləməyə davam edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti