...

Britaniya parlamentinin üzvü: Qərb Azərbaycana qarşı ikili standart siyasəti yeridir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Aprel 2014 16:38 (UTC +04:00)
"İndi bizim üçün Dağlıq Qarabağdakı vəziyyəti daha çox diqqətə almağın, münaqişənin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinin və yüz minlərlə məcburi köçkün düşmüş azərbaycanlının evlərinə qayıtmasının tam zamanıdır".
Britaniya parlamentinin üzvü: Qərb Azərbaycana qarşı ikili standart siyasəti yeridir

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir S.Əhmədova/

"İndi bizim üçün Dağlıq Qarabağdakı vəziyyəti daha çox diqqətə almağın, münaqişənin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinin və yüz minlərlə məcburi köçkün düşmüş azərbaycanlının evlərinə qayıtmasının tam zamanıdır". Trend-in Avropa Azərbaycan Cəmiyyətinə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniya parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü Deyvid Deyvis bildirib.

D.Deyvis Avropa Azərbaycan Cəmiyyətinə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyən bəyanat ünvanlayıb.

Bəyanatda Qərb dövlətlərinin liderlərinin Ukraynanın ərazi bütövlüyünə göstərdikləri kəskin dəstəyin Azərbaycana göstərilməməsi və Dağlıq Qarabağ məsələsində ikili standart siyasətinin yürüdülməsi pislənilir.

Bəyanatda deyilir: "Ukraynada baş verən son hadisələr bizə bir daha sabitliyin Avropa üçün nə qədər önəmli bir ünsür olduğunu xatırlatdı. Rusiyanın Krımı özünə birləşdirməsi Barak Obama, Deyvid Kameron, Angela Merkel də daxil olmaqla Qərb liderlərinin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi ilə nəticələndi. Onlar Rusiyanı etdiyi hərəkətə görə qınamaqda və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəstəkləməkdə tamamilə haqlı olaraq yekdil mövqe göstərirlər. Lakin bu bizim Azərbaycana qarşı ikili standartlarla yanaşmamızı də üzə çıxarır. Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bir parçasıdır, lakin biz eyni liderlərin kəskin dəstəyini Ukrayna məsələsində olduğu kimi eşitmirik. Böyük Britaniya BP şirkəti vasitəsilə Azərbaycanda ən böyük sərmayəçidir və münaqişənin yenidən qızışacağı təqdirdə biz çox şey itirəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti