...

Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair addımları müzakirə edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Dekabr 2014 12:13 (UTC +04:00)
İsveçrənin Bazel şəhərində ATƏT-in Minsk qrupu (MQ) həmsədrlərinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla, eləcə də Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla görüşü keçiriləcək.
Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair addımları müzakirə edəcəklər

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir Elmira Tariverdiyeva/

İsveçrənin Bazel şəhərində ATƏT-in Minsk qrupu (MQ) həmsədrlərinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla, eləcə də Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla görüşü keçiriləcək. Görüş iştirakçıları Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üzrə növbəti addımların müzakirəsini davam etdirəcəklər.

Trend xəbər verir ki, bu barədə ATƏT MQ-nin ABŞ-dan olan həmsədri Ceyms Uorlik "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Qeyd edək ki, 4-5 dekabr tarixlərində ATƏT iştirakçısı olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 21-ci iclası keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti