...

XİN: Minsk qrupunun Helsinkidə görüşü Qarabağ nizamlamasına yardım edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Fevral 2015 13:50 (UTC +04:00)
Helsinkidə Dağlıq Qarabağ nizamlanması üzrə görüş münaqişənin həllində işlərin cari vəziyyəti ilə bağlı fikir və informasiya mübadiləsi üçün yaxşı fürsətdir.
XİN: Minsk qrupunun Helsinkidə görüşü Qarabağ nizamlamasına yardım edir

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir Anaxanım Hidayətova/

Helsinkidə Dağlıq Qarabağ nizamlanması üzrə görüş münaqişənin həllində işlərin cari vəziyyəti ilə bağlı fikir və informasiya mübadiləsi üçün yaxşı fürsətdir. Bu barədə cümə axşamı Trend-ə telefonla Finlandiya XİN-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Krister Mikelson bildirib.

Onun sözlərinə görə, Finlandiya ATƏT-in Minsk qrupunun səylərini dəstəkləməkdə davam edəcək: "Həmsədrlər Madrid prinsipləri əsasında münaqişənin nizamlanmasına çalışırlar. Ötən il Azərbaycan və Ermənistan prezidentlərinin üç görüşü keçirilib və biz ümid edirik ki, bu görüşlər davam edəcək".

ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andre (Fransa) və İqor Popov (Rusiya) Dağlıq Qarabağ münaqişəsi üzrə məsləhətləşmələr aparmaq üçün Helsinkidədirlər.

Bu saatlarda həmsədrlər Finlandiya XİN-in rəhbəri Erkki Tuomioy və dövlət katibi Piter Stenlandla danışıqlar aparırlar.

Fevralın 15-də ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycana, daha sonra isə Ermənista səfər edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti