...

Ermənilər ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsinə güllə atmadılar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Mart 2015 13:03 (UTC +04:00)
ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsinin iştirakı ilə cəbhə xəttində keçirilən monitorinq zamanı insident qeydə alınmayıb.
Ermənilər ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsinə güllə atmadılar

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İlkin İzzət/

ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsinin iştirakı ilə cəbhə xəttində keçirilən monitorinq zamanı insident qeydə alınmayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 4-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçisi Xristo Xristov və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik Tuncay Sevim (Türkiyə) keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Piter Svedberq və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik Markus Uidmer (İsveçrə) keçiriblər.

Qeyd edək ki, yanvar və fevral aylarında ATƏT-in cəbhə xəttində monitorinqlər keçirdiyi ərazidə Ermənistan silahlı qüvvələri iki dəfə atəşkəsi rejimini pozub, beynəlxalq müşahidəçilərin həyatını təhlükə altında qoyublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti