Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir Anaxanım Hidayətova/
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan aprelin 29-da ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək.
Trend-in Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, E.Nalbandyan bu barədə Belçika XİN başçısı Didye Reynderslə İrəvandakı birgə konfransında bildirib.
"Birisi gün həmsədrlərlə görüşəcəm", - deyə erməni nazir bildirib.
Ermənistan XİN-in ilkin məlumatına görə, görüş Parisdə baş tutacaq.