...

Azərbaycan erməni işğalının vurduğu zərəri XIX əsrdən hesablayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 May 2015 15:55 (UTC +04:00)
Ermənistan işğalının Azərbaycana vurduğu zərərin qiymətləndirilməsinə ermənilərin Azərbaycan torpaqlarına köçürüldüyü dövrdən, daha doğrusu, XIX əsrdən başlamaq lazımdır.
Azərbaycan erməni işğalının vurduğu zərəri XIX əsrdən hesablayacaq

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir Ənvər Məmmədov/

Ermənistan işğalının Azərbaycana vurduğu zərərin qiymətləndirilməsinə ermənilərin Azərbaycan torpaqlarına köçürüldüyü dövrdən, daha doğrusu, XIX əsrdən başlamaq lazımdır. Bunu Trend-ə Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycana dəymiş zərərin qiymətləndirilməsi üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı deyib.

Onun sözlərinə görə, Azərbaycanın tarixi və mədəni abidələrinin məhv edilməsi, toponimlərin dəyişdirilməsində məqsəd türkçülüyü Cənubi Qafqaz tarixindən silməkdir: "Torpaqlarımızın minalanması nəticəsində dəymiş zərərin hesablanması da böyük önəm daşıyır, çünki ərazilərin minalardan təmizlənməsi üçün 3 ildən çox vaxt və xeyli həcmdə maliyyə resursu lazımdır".

X.Kazımlı vurğulayıb ki, hər hansı sübuta, sənədə malik olanlar (Ermənistanın Azərbaycana vurduğu zərərlə bağlı - red.) bu işə kömək etməlidirlər.

Qeyd edək ki, işçi qrupunun ilkin məlumatına əsasən, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi illər ərzində vurduğu zərər ən azı 700 milyard dollar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti