...

"Azərbaycan-Rusiya əlaqələrinin inkişafı Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edə bilər"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Noyabr 2015 16:31 (UTC +04:00)
Rusiyanın Azərbaycan və Ermənistanla yaxşı münasibətlərini nəzərə alsaq, Bakı və Moskva arasında əlaqələrin inkişafı Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edə bilər.
"Azərbaycan-Rusiya əlaqələrinin inkişafı Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edə bilər"

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Anaxanım Hidayətova/

Rusiyanın həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlərini nəzərə alsaq, Bakı və Moskva arasında əlaqələrin inkişafı Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edə bilər.

Bunu Trend-ə İsralin "NATİV" xüsusi xidməti orqanının sabiq rəhbəri, diplomat Yakov Kedmi Rusiya Prezidenti Vladimir Putinin Qafqaz regionunda kollektiv təhlükəsizlik üçün hava hücumundan müdafiə (HHM) regional sisteminin yaradılması haqqında RF və Ermənistan arasında sazişin imzalanması haqqında sərəncamını şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya və Ermənistanın HHM sahəsində fəaliyyətlərini koordinasiya etməsində qeyri-adi heç nə yoxdur, Gömrük və ya Avrasiya İttifaqının digər iştirakçı ölkələri belə saziş imzalayırlar.

Lakin diplomat qeyd edib ki, bu saziş istənilən hava hərbi qüvvələrinin Ermənistan üzərində fəaliyyətini çətinləşdirəcək.

Ekspert əlavə edib ki, Azərbaycan Rusiya ilə münasibətləri möhkəmləndirməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti