...

Rusiyada yaşayan yüz minlərlə həmvətənimiz erməni təxribatlarına son qoyulmasını tələb etdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Aprel 2016 12:25 (UTC +04:00)
Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyi cəbhədə baş verən son hadisələrlə bağlı narahatlıqlarını ifadə edən bəyanat yayıb.
Rusiyada yaşayan yüz minlərlə həmvətənimiz erməni təxribatlarına son qoyulmasını tələb etdi

Bakı. Trend:

Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyi cəbhədə baş verən son hadisələrlə bağlı narahatlıqlarını ifadə edən bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumatda bildirilir ki, bəyanatda Moskvada və Rusiyanın digər şəhərlərində yaşayan və təhsil alan yüz minlərlə həmvətənimiz adından Azərbaycanın cəbhəboyu rayonlarında erməni təxribatının qarşısının alınması və dinc əhalinin qətlə yetirilməsinə son qoyulması tələb olunub.

Bununla yanaşı bəyanatda deyilir: "Düşmənin qarşısının alınması, əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən cavab tədbirlərini dəstəyləyir, qısa müddətdə bir neçə yüksəklik və yaşayış məntəqələrinin düşməndən tam azad olunması xəbərinə sevinirik. Vətən qarşısında xidməti borcunu yerinə yetirərkən şəhid olan əsgərlərimizə isə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik."

Sonda isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən yürüdülən uğurlu xarici siyasəti dəstəklədikləri bəyan edən gənc həmvətənlərimiz Azərbaycandan kənarda yaşamalarına baxmayaraq böyük bir diaspor ordusunun Ali Baş Komandanının əmrini gözlədiyini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti