...

Bakı Dövlət Universitetinin kollektivindən petisiya layihəsinə dəstək (FOTO))

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Aprel 2016 13:44 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Obama administrasiyasına "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə petisiya" layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin müəllim və tələbələri ilə görüşüb.
Bakı Dövlət Universitetinin kollektivindən petisiya layihəsinə dəstək (FOTO))

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Obama administrasiyasına "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə petisiya" layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin müəllim və tələbələri ilə görüşüb.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov ermənilərin Azərbaycana qarşı təcavüzündən danışıb.

Rektor qeyd edib ki, əgər kimsə kiminsə torpağını zəbt edirsə, deməli o ölkədə intellektual səviyyə aşağıdır, onlar aqressiya, terrorçuluqla məşğuldur: "Ermənilər Azərbaycan torpaqlarını işğal ediblər. Ermənilər bizim torpaqlarımızdan əl çəkmir. Lakin cəbhə xəttində baş verən son hadisələr zamanı ordumuzun qələbələri nəticəsində ermənilər və onların havadarları başa düşdülər ki, məsələ artıq həll olunmalıdır".

A.Məhərrəmov deyib ki, dünyada ilk dəfə terroru Almaniyada ermənilər törədib.

A.Məhərrəmov ermənilərin Azərbaycana qarşı aqressiyasının qarşısının alınması üçün Bakı Dövlət Universitetinin tələbələrini petisiyaya qoşulmağa çağırıb.

Tədbirdə çıxış edən AVCİYA prezidenti Elxan Süleymanov qeyd edib ki, petisiya üçün tələb olunan 100 min səs artıq toplanıb: "7 gün ərzində tələb olunan səs toplandı. Bu çox böyük qələbədir. Lakin bu çox azdır, ona görə ki, Azərbaycan xalqı milyonlarladır. 50 milyon azərbaycanlı və 80 milyon türk üçün 100 min səs çox azdır. Biz hamınızı Ermənistanın işğalçı siyasətini ifşa etmək üçün petisiyaya səs verməyə çağırırıq. Bu, 20 ildən artıqdır Ermənstan işğalı altında qalan Azəbaycan torpaqlarının xilası üçün lazım olan səsdir".

Daha sonra tədbir iştirakçıları petisiyaya səsvermə qaydası ilə tanış edilib və gənclər bu prosesdə fəal olmağa çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti