...

Alman deputat: Cənubi Qafqazın sabitliyi Almaniya üçün strateji əhəmiyyət daşıyır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2016 13:57 (UTC +04:00)
Almaniya Bundestaqının Xristian-Sosial İttifaqından (CSU) olan deputatı Florian Hahn Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginliklə bağlı açıqlama verib.
Alman deputat: Cənubi Qafqazın sabitliyi Almaniya üçün strateji əhəmiyyət daşıyır

Bakı. Trend:

Almaniya Bundestaqının Xristian-Sosial İttifaqından (CSU) olan deputatı Florian Hahn Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginliklə bağlı açıqlama verib.

Avropa Azərbaycan Cəmiyyətindən Trend-ə verilən məlumata görə, açıqlamada bildirilir: "Cənubi Qafqazın sabitliyi Almaniya Federativ Respublikası üçün strateji əhəmiyyət daşıyır. Dağlıq Qarabağ regionunda bu yaxınlarda insan tələfatı ilə nəticələnmiş hərbi münaqişənin yenidən alovlanması beynəlxalq ictimaiyyəti məsələnin sülh yolu ilə həllinə sövq etməlidir. Heç bir hərbi qarşıdurma münaqişənin davamlı həllinə gətirə bilməz və münaqişə iştirakçıları atəşkəsə riayət etməlidir. Bundan başqa, Minsk qrupu hər zamankındən daha çox BMT-nin müvafiq qətnamələri və beynəlxalq vasitəçilik qaydalarına hörmət etməklə münaqişəyə son qoyulmasına nail olmağa çağırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti