Bakı. Anaxanım Hidayətova - Trend:
ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərini sülh sazişi üzərində işləməyə çağırır. Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Səfir bildirib: "Biz Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllini görmürük və tərəflərlə münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün işləyəcəyik".
R.Sekuta münaqişə tərəflərini atəşkəs rejiminə əməl etməyə çağırıb.