...

Şəhidimizin medalı ailəsinə təqdim olunub (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 May 2016 13:47 (UTC +04:00)
Cəbhədə gedən döyüşlərdə şəhid olmuş Sərxan Bağırovun ölümündən sonra təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ailəsinə təqdim olunub.
Şəhidimizin medalı ailəsinə təqdim olunub (FOTO)

Bakı. Trend:

Cəbhədə gedən döyüşlərdə şəhid olmuş Sərxan Bağırovun ölümündən sonra təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ailəsinə təqdim olunub.

Aprel ayının ilk günlərində cəbhədə gedən döyüşlər zamanı şəhid olan Göygöl sakini, 19 yaşlı əsgər Sərxan Azər oğlu Bağırov müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunub.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, şəhidin medalı bu gün rayon ictimaiyyətinin iştirakı ilə keçirilən mərasimdə ailəsinə təqdim olunub.

Qeyd edək ki, şəhid Sərxan Bağırov Lələ Təpə yüksəkliyi uğrunda gedən döyüşlərdə artilleriya batareyasının heyət nəfəri kimi xüsusi xidmətləri ilə seçilib. O, düşmənə layiqli müqavimət göstərən zaman şəhid olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti