...

Qobu qəsəbəsində şəhid əsgərin xatirəsi yad edilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Sentyabr 2016 21:38 (UTC +04:00)
Müdafiə Nazirliyi və Abşeron rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Qobu qəsəbəsindəki Şəhidlər kompleksində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş Silahlı Qüvvələrin əsgəri Heydərov Əli İntiqam oğlunun xatirəsinə həsr edilmiş tədbir keçirilib
Qobu qəsəbəsində şəhid əsgərin xatirəsi yad edilib (FOTO)

Bakı. Trend:

Müdafiə Nazirliyi və Abşeron rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Qobu qəsəbəsindəki Şəhidlər kompleksində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş Silahlı Qüvvələrin əsgəri Heydərov Əli İntiqam oğlunun xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində müstəsna xidmətlərini yada salıb, bu işin bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətində prioritet olduğunu vurğulayıb.

Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani şəhid əsgərin qısa, lakin mənalı ömür yolundan danışıb.

Sonra polkovnik A.Qurbani Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə əsgər Əli Heydərovun ölümündən sonra layiq görüldüyü "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı şəhidin ailəsinə təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti