...

Ermənistana "İsgəndər" raket kompleksinin verilməsi regionda əlavə təhlükə yarada bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Sentyabr 2016 18:56 (UTC +04:00)
Rusiyanın Ermənistana "İsgəndər" raket komplekslərini verməsi regionda əlavə təhlükələr yarada bilər.
Ermənistana "İsgəndər" raket kompleksinin verilməsi regionda əlavə təhlükə yarada bilər

Bakı. Elmira Tariverdiyeva - Trend:

Rusiyanın Ermənistana "İsgəndər" raket kompleksləri verməsi regionda əlavə təhlükələr yarada bilər.

Bunu Trend-ə Rusiyanın müstəqil hərbi icmalçısı, "Novaya qazeta"nın təhlilçisi Pavel Felqenqauer deyib.

Onun sözlərinə görə, istənilən halda bu komplekslərin Ermənistana tədarükü regionda balansı dəyişir: "Balans üçün ola bilsin Rusiya belə raket komplekslərini Azərbaycana satsın".

Ekspert əlavə edib ki, Ermənistana hansı "İsgəndər" raket komplekslərinin tədarük edildiyi aydın deyil: "Rusiya Ermənistanın silahın tədarükü barədə iddiasını inkar etməyib və bu məsələnin detallarını açıqlamayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti