...

“Dağlıq Qarabağın mədəni və memarlıq irsinin qorunması” mövzusu gündəmdə olacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Oktyabr 2016 15:46 (UTC +04:00)
Noyabrın 10-11-də Bakı şəhərində AR Mədəniyyət və Turizm Nazirliyi və İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmalar Mərkəzinin (İRSİKA) birgə təşkilatçılığı ilə “Dağlıq Qarabağın mədəni və memarlıq irsinin qorunması” mövzusunda elmi konfrans keçiriləcək.
“Dağlıq Qarabağın mədəni və memarlıq irsinin qorunması” mövzusu gündəmdə olacaq

Bakı. Trend:

Noyabrın 10-11-də Bakı şəhərində AR Mədəniyyət və Turizm Nazirliyi və İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmalar Mərkəzinin (İRSİKA) birgə təşkilatçılığı ilə “Dağlıq Qarabağın mədəni və memarlıq irsinin qorunması” mövzusunda elmi konfrans keçiriləcək.

AMEA-dan Trend-ə verilən məlumata görə, konfransda UNESCO, İRSİKA kimi beynəlxalq təşkilatlardan, həmçinin Türkiyə, Fransa və İtaliyadan ekspertlərin iştirakı gözlənilir.

Tədbirə hazırlıq məqsədilə oktyabrın 18-də Mədəniyyət və Turizm Nazirliyində görüş keçirilib. Görüşdə Mədəniyyət və turizm nazirinin müavini, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva, A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova iştirak ediblər.

Görüşdə tədbirə hazırlıqla bağlı təşkilati məsələlər, həmçinin konfransın sessiyalarının mövzuları müzakirə edilib.

Konfrans zamanı Qarabağın tarixi, Azərbaycanın milli-mədəni irsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılacağını bildirən S.Məmmədəliyeva tədbirin ölkəmiz üçün əhəmiyyətini və aktuallığını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti