...

Fransa və Ermənistan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Oktyabr 2016 16:31 (UTC +04:00)

Bakı. Trend:

Fransanın xarici işlər naziri Jan-Mark Eyro bu gün erməni həmkarı Edvard Nalbandyanla bir sıra ikitərəfli münasibətləri və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edəcək.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Fransa Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Romen Nadal deyib.

O qeyd edib ki, J.Eyro bu gün Ermənistandan olan həmkarını qəbul edəcək: "Bu görüş ikitərəfli əməkdaşlıq haqqında sazişlərin imzalanmasına təkan verə bilər".

XİN rəsmisinin sözlərinə görə, iki nazir danışıqlar vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və davamlı həllini tapmaq üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin təkliflərini müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti