...

Fransa KİV-i: Xocalı 1992: Kimsənin dilə gətirmədiyi azərbaycanlı soyqırımı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2017 14:41 (UTC +04:00)

Bakı. Trend:

Fransanın paytaxtı Paris şəhərində yerləşən Azərbaycanın Mədəniyyət Mərkəzi Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə "Xocalı - 25 illik sükut: soyqırım həqiqətləri" adlı konfrans-debat təşkil edib. Faciə şahidlərinin və Qafqaz üzrə mütəxəssislərin çıxışları tarixin hələ də geniş ictimaiyyətə məlum olmayan bu faciəsini təqdim etməyə imkan verib.

Fransanın Mediapart informasiya portalı konfrans-debatdan sonra "Xocalı 1992: kimsənin dilə gətirmədiyi azərbaycanlı soyqırımı" adlı məqalə dərc edib.

Məqalədə qeyd olunur ki, 25 fevral 1992-ci ildə ermənilər Dağlıq Qarabağı ələ keçirmiş və Xocalı kəndi erməni qüvvələri tərəfindən bombardman edilmiş, yandırılmış məhv edilmişdir. Ermənilər tərəfindən tamamilə mühasirəyə alınmış və qurtulmaq üçün şəhərdən qaçan sakinlər güllə yağışı altında şiddətli zorakılıqla ermənilər tərəfindən qətlə yetirilmişdir. Bu qara gündən xilas olmuş və o zaman 10 yaşı olan Əfsanə Ələkbərova həmin gün yaşadığı dəhşətlərdən danışmışdır. Həmin gün 1992-ci ilin fevralın 25-də, Əfsanə Ələkbərova öz atasını, dayısını, xalasını, nənə-babasını, həmçinin, cəsədi tapılmadığı üçün dəfn edə bilmədiyi anasını itimişdir. Bu gün, iki uşaq anası Əfsanə Ələkbərova öz yaşadığı cəhənnəmi qızlarının yaşamamasını və ölkəsində nəhayət sülhün bərpa olmasını arzulayır. Əfsanə ilə eyni taleyi yaşayanların sayı onlarladır: 25 uşaq hər iki valideyinini itirmişdir. Xocalı soyqırımının 613 qurbanına, Əfsanənin anası kimi itkin düşmüş 150 nəfəri də əlavə etmək lazımdır.

Sülh: Azərbaycanlıların hər şeyə rəğmən inanmaq istədiyi üfüq

Xocalı soyqırımı Ermənistan tərəfindən Dağlıq Qarabağda aparılan və əhali tərkibinin dəyişdirilməsi siyasətinin kulminasiya nöqtəsidir. Tarixçi Maksin Qoənin xatırlatıdığı kimi "Ermənistanın öz ərazisi və Azərbaycanda apardığı və zorakılıqla müşayiət edilən etnik təmizləmə siyasəti 1985-ci ildə başlayır və 1992-ci ildə Xocalıda partlayış vəziyyətinə çatır". 1994-cü ildə atəşkəsə nail olunduqdan bəri iki ölkə arasında gərginlik aradan qalxmamış və mütəmadi olaraq, qarşıdurmalar baş verir. İki onillikdın bəri aparılan və heç bir irəliləyişin əldə edilmədiyi danışıqlardan yorulan azərbaycanlılar növbəti erməni təxribatına daha da qətiyyətlə cavab verməyi seçə bilərlər. Politoloq Didye Şode "Azərbaycanlılar 2016-cı ilin aprel ayında "4 günlük müharibə" zamanı böyük təmkin göstərsələr də, növbəti qarşıdurmada münaqişənin təhlükəli inkişafı heç də istisna deyildir" deyə xəbərdarlıq edir.

Lakin gələcək perspektivlərin o qədər də optimist olmadığına baxmayaraq, azərbaycanlılar sülh və ədalət mesajları verməkdə davam edirlər: millət vəkili Rovşən Rzayevin təşəbbüskarlarından olduğu Ermənistan-Azərbaycan sülh platforması jurnalistləri və siyasətçiləri bü sülh çağırışını dəstəkləməyə dəvət edir. Konfrans, məhz bu ümidverici notlarla və Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun hər kəsə sülhün təşviqi üçün Rovşən Rzayevin hərərkatına qoşulmaq çağırışı ilə yekunlaşdırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti