...

Qondarma rejimin “ombudsmanı” Avropa Ombudsmanlar İnstitutunun üzvlüyündən çıxarılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Sentyabr 2017 17:46 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Ombudsmanı Elmira Süleymanova Rumıniyanın Buxarest şəhərində üzvü olduğu Avropa Ombudsmanlar İnstitutunun Baş Assembleyasının iclasında iştirak edib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, iclasda çıxış edən Ombudsman, Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2015-ci ildə qəbul edilən Dayanaqlı İnkişaf Məqsədlərinin icrasında Ombudsman İnstitutlarının və Milli İnsan Hüquqları İnstitutlarının rolununun əhəmiyyətinə diqqət çəkib, bu istiqamətdə Azərbaycan təcrübəsi haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Tədbirdə Avropa Ombudsmanlar İnstitutunun fərdi üzvü, Ermənistan vətəndaşı olan Ruben Məlikyanın qondarma Qarabağ Resbublikasının Ombudsmanı kimi məruzə ilə çıxış etməsinin Azərbaycan Ombudsmanın əsaslandırılıb, təkidli etirazları nəticəsində qarşısı alınıb. Əvvəllər də Avropa Ombudsman İnstitutuna işğal olunmuş Dağlıq Qarabağ ərazisində hökm sürən separatist rejimə dəstək verilməsi ilə bağlı Azərbaycan Ombudsmanı tərəfindən etirazlar edilib. Bu etirazlar nəticəsində sözü gedən quruma institusional üzv kimi daxil edilmiş Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma rejimin “Ombudsmanı” həmin üzvlükdən çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti