...

Kataloniyanın Avropa və Ermənistan üçün dərsləri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2017 15:06 (UTC +04:00)
Bütün dünyada Kataloniyadakı referenduma göstərilən reaksiya ermənilərin Qarabağda “öz müqəddəratını təyin etmə” arzusunun üzərindən xətt çəkdi.
Kataloniyanın Avropa və Ermənistan üçün dərsləri

Elxan Ələsgərov, "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru

Bütün dünyada Kataloniyadakı referenduma göstərilən reaksiya ermənilərin Qarabağda “öz müqəddəratını təyin etmə” arzusunun üzərindən xətt çəkdi. Əgər Qərb milyonlarla insanın iştirak etdiyi səsverməni tanımırsa, niyə işğal olunmuş Qarabağda 30-40 min adamın iştirak etdiyi “referendumu” diqqətə almalıdır?

Məlum olduğu kimi, Kataloniyada İspaniya hökumətinin qanunsuz hesab etdiyi referendum keçirildi. Bu zaman böyük əksəriyyət İspaniyadan ayrılmağa səs verdi.

Avropada bu referendumun nəticələrini ehtiyatla şərh edirlər. Avropa İttifaqının refendumla bağlı rəsmi mövqeyi ondan ibarətdir ki, baş verənlər İspaniyanın daxili işidir və mübahisə İspaniya qanunvericiliyinə uyğun olaraq həll edilməlidir.

Kataloniya dərsi Azərbaycanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi prizmasından maraqlandırır. Bu dərsi referendumdan sonra Avropa Komissiyasının rəsmi nümayəndəsi Marqaritis Sxinasın dediyi sözlərlə qeyd etmək olar: “İspaniya konstitusiyasına uyğun olaraq Kataloniyadakı səsvermə qanunsuzdur. Biz həmçinin, Avropa Komissiyasının qanuni mövqeyini təsdiq edirik: əgər referendum İspaniya konstitusiyasına uyğun keçirilsəydi, Kataloniya Avropa İttifaqını da tərk edərdi”.

Qarabağ probleminin həllindən çıxış etsək, məntiqi olaraq ortaya belə bir sual çıxır – bəs Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına gətirib çıxaran hadisələr ölkəmizin qanunvericiliyi çərçivəsində baş verirdi? Niyə çox sayda avropalı deputatlar öz qanunlarına əməl edir, amma Azərbaycanın qanunlarını pozaraq işğal olunmuş ərazilərə gedir, eyni zamanda işğal olunmuş Dağlıq Qarabağdakı terrorçuları öz paytaxtlarında qəbul edirlər?

Kataloniya dərsi bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə müvafiq olaraq gələcək referendum haqqında danışan avropalı siyasətçilərin riyakarlığını nümayiş etdirdi. Sual olunur, o zaman niyə onlar 7 milyon kataloniyalının iştirak etdiyi referendumun nəticələrini, ermənilərdən fərqli olaraq kompakt yaşayan və öz dövləti olmayan, amma İspaniyanın öncül iqtisadi modelini yaratmış xalqın müstəqil dövlət yaratmaq hüququnu tanımayıb?

Amma referendumun yekunu ən çox erməni işğalçıları üçün dərs olmalıdır. Nə qədər ki gec deyil, danışıqlar masasına əyləşin və Azərbaycanın təklif etdiyi “ən yüksək muxtariyyət statusu"nu qəbul edin. İşğal olunmuş əraziləri tezliklə azad edin, dinc birgəyaşayışa başlayın.

Dünyada vəziyyət dəyişir və məlum olur ki, Azərbaycanla dinc birgəyaşayış olmadan ermənilər Qafqazda mövcudluğunu davam etdirə bilməz. Qarabağda referendum olmayacaq, olsa belə, azərbaycanlı əhalinin mütləq iştirakı ilə baş tutacaq.

Qonşularımız üçün əsas Kataloniya dərsi budur.

http://bakunetwork.com

Əlaqə üçün: Facebook, TwitterYoutube

Məqalədə:
Xəbər lenti

Xəbər lenti