Bakı. Əli Mustafayev - Trend:
Pakistan həmişəki kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində dəstək göstərməyə hazırdır.
Trend-in məlumatına görə, bunu “Kəşmirin qara günü” adlı konfransda Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.
Diplomat deyib: "Biz artıq 25 ildir ki, Azərbaycanla uğurla əməkdaşlıq edirik. Ölkələr arasında ticarətdə, eləcə də müdafiə sahəsində ikitərəfli münasibətlər möhkəmlənir".
Səfir qeyd edib ki, Pakistan dəfələrlə Dağlıq Qarabağ ərazilərini işğal olunmuş, Xocalı hadisələrini soyqırım kimi tanıyıb: “Biz Kəşmir məsələsində Azərbaycanın dəstəyini yüksək qiymətləndiririk və Qarabağ məsələsində bu cür dəstəyi göstərməyə hazırıq”.