...

Erməni silahlı bölmələri mövqelərimizi 82 mm-lik minaatanlardan atəşə tutub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyun 2019 10:05 (UTC +04:00)
Ermənistan silahlı bölmələri cəbhənin Ağdam istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar.
Erməni silahlı bölmələri mövqelərimizi 82 mm-lik minaatanlardan atəşə tutub

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistan silahlı bölmələri cəbhənin Ağdam istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri Ordumuzun mövqelərinə 82 mm-lik minaatanlardan atəş açıblar.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub. Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Kəngərli, Acarlı, Novruzlu, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti