Bakı. Nərgiz Sadıxova - Trend:
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində dəqiq mövqeyə malik olmalıdır.
Bunu Trend-ə ərəb yazıçı və analitik Kamal əl-Halbavi deyib.
Dağlıq Qarabağ münaqişəsində son hadisələri şərh edən analitik Azərbaycanın ərazi bütövlüyünün saxlanmasının vacibliyini qeyd edib:
“Biz ürəyimizlə və ruhumuzla Azərbaycanı ərazi bütövlüyünü saxlanması hüququ kontekstində dəstəkləyirik. Biz Azərbaycana qarşı istənilən aqressiyaya qarşıyıq. İƏT bu məsələdə Azərbaycanın istənilən aqressiyaya qarşı dəstəkləmək üçün dəqiq mövqeyə malik olmalıdır”.