...

Erməni təxribatı nəticəsində 2734 ev yararsız hala düşdü

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Noyabr 2020 12:30 (UTC +04:00)
Erməni təxribatı nəticəsində 2734 ev yararsız hala düşdü

Bakı. Samir Əli - Trend:

Erməni təxribatı nəticəsində ölən və yaralanan mülki vətəndaşların sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 405 nəfər yaralanıb.

Bundan başqa, 500 mülki obyekt, 98 hündürmərtəbəli yaşayış binası və 2734 yaşayış evi yararsız hala düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti