...

Bələdiyyə sədri Ağrı dağında Azərbaycan və Türkiyə bayraqlarının əks olunacağı tarixi açıqladı (ÖZƏL)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Noyabr 2020 14:13 (UTC +04:00)

Bakı. Trend:

Noyabrın 10-da Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günündə evinin pəncərəsindən Ağrı dağına baxan hər bir erməni, Azərbaycan və Türkiyə bayraqlarını görəcək.

Bunu Trend-ə özəl açıqlamasında Türkiyənin Ağrı vilayətinin bələdiyyə sədri Savcı Sayan bildirib.

Bələdiyyə sədri qeyd edib ki, layihənin həyata keçirilməsində onlara dəstək olanlar da var. Naxçıvanda fəaliyyət göstərən GemiKaya Holdinq və Ağrı vilayətindən olan iş adamı layihəni dəstəkləyənlərdəndir:

“Bildiyiniz kimi bu, böyük bir layihədir və hal-hazırda onun tamamlanması üçün işlər aparılır. Layihəni reallaşdırmaq üçün xaricdən də mütəxəssislər dəvət edilib.

İdeyanın meydana gəlməsindən danışan S.Sayan əlavə edib ki, Qarabağda Vətən müharibəsinin davam etdiyi bir zaman azərbaycanlı qardaşlarına necə dəstək ola biləcəklərini düşünüblər və qərara alınıb ki, belə bir layihə həyata keçirilsin:

“Ermənistanın eyni zamanda Türkiyəyə də torpaq iddiaları olub, amma onların bu istəkləri qursaqlarında qalıb. Şəxsən mənim babalarım da erməni quldur dəstələrinə qarşı vuruşublar. Biz erməni xislətinə tanışıq”.

S.Sayan onu da əlavə edib ki, bütün Türkiyə xalqı azərbaycanlı qardaşlarını sevir və onları tam olaraq dəstəkləyir.

“Həm Türkiyə adından, həm Ağrı vilayəti, həm də öz adımdan qardaş Azərbaycan xalqına salamlarımı çatdırıram. Biz hər zaman qardaşlarımızın yanındayıq, çünki onlar haqlıdır”.

Bələdiyyə sədri əlavə edib ki, illərdir Qarabağ və ətraf rayonların işğal altında olduğu bir zamanda türkiyəli qardaşlarımızın səssiz və rahat oturması mümkün deyildi:

“Qarabağ əldən gedərsə biz ölərik, Qarabağ, Azərbaycan bizim canımızdır. Çünki biz bir millət, iki dövlətik. Bu, hər zaman belə olub, bundan sonra da belə olacaq”.

O qeyd edib ki, Azərbaycanın döyüş meydanından əldə etdiyi zəfərlər qururvericidir:

“Azad edilən bölgələrin xəbərlərini aldıqca biz burada bayram edirik. Allahın izni ilə Azərbaycan tezliklə öz torpaqlarını işğaldan tam azad edəcək. Çünki Azərbaycan haqlıdır və Azərbaycanın haqlı olduğunu bütün dünya bilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti