Martın 14-də Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi Komitəsinin iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunacaq.
Trend in xəbər verdiyi kimi, bu məsələ komitənin iclasının ilkin gündəliyində müzakirəyə çıxarılacaq 10-cu məsələ olacaq. İclasda AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin rəhbəri Lord Rassel Conson bəyanatla çıxış edəcək.
Qeyd edək ki, komitənin növbəti iclası AŞPA-nın aprelin 10-dan 13-dək Strasburqda keçiriləcək yaz sessiyası zamanı baş tutacaq.
Bu komitənin üzvləri Azərbaycanın parlment nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlar Əli Hüseynov və Gültəkin Hacıyevadır.