Martın 22 və 23-də Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində yaralanmış Ağdam rayon sakini Anar Hüseynovun vəziyyəti qənaətbəxşdir, Azərbaycan Silahlı Qüvvələrininin Tərtərdə həlak olmuş əsgəri Səfər Möhürov isə Qusar rayonunda torpağa tapşırılıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis əvəzi İlqar Verdiyev məlumat verib.
1983-cü il təvəllüdlü Anar Hüsenyov Ağdamın Yusifcanlı kəndində əkin sahəsində işləyərkən düşmən tərəfindən vurulub. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Qusar rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan 1986-cı il təvəllüdlü Səfər Möhürov isə martın 22-də düşmənin Tərtər rayonu istiqamətində atəşkəsi pozması nəticəsində güllələnib və onun həyatını xilas etmək mümkün olmayıb. Mərhum Qusar rayonunda torpağa tapşırılıb.