...

Stiven Mənn: "ATƏT-in Misnk qrupunda ABŞ-ı başqa bir həmsədr təmsil edəcək"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2006 19:53 (UTC +04:00)

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Stiven Mənn ABŞ Dövlət Departamentində başqa vəzifəyə keçəcəyini bildirib. Trend xəbər verir ki, amerikalı həmsədr bu barədə "Azadlıq" radiosuna verdiyi müsahibədə bildirib.

S.Mənn onu da vurğulayıb ki, bu, adi bir rotasiyadır: "ATƏT-in Minsk qrupunda ABŞ-ı başqa bir həmsədr təmsil edəcək".

S.Mənn eyni zamanda iyunun 5-də Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin Buxarestdəki görüşünə də münasibət bildirib. Qeyd edib ki, prezidentlər çox intensiv müzakirə aparıblar: "Həmsədrlər yaxın günlərdə öz aralarında danışıqların nəticələrini müzakirə edib, növbəti addımlarını planlaşdıracaq və ATƏT-in Daimi Şurasının növbəti toplantısına bu haqda məlumat verəcəklər".

Xəbər lenti

Xəbər lenti