...

Məmməd Rza Təbrizi: "Ermənilər tərəfindən Ağdamın işğalına etiraz məktubu Norveç parlamentinə təqdim olunub"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyul 2006 13:22 (UTC +04:00)

Ermənilərin Ağdamın işğalı zamanı törətdikləri vəşhilikləri özündə əks etdirən foto-şəkillər və digər sənədlər məktub şəklində Norveç parlamentinə təqdim olunub. Bu barədə Trend ə Norveçdə fəaliyyət göstərən "Xəzər Yanar" Cəmiyyətinin sədri Məmməd Rza Təbrizi bildirib.

M.R.Təbrizi qeyd edib ki, iyulun 23-də ermənilər tərəfindən Ağdamın işğalının 13-cü illiyi ilə bağlı Norveç parlamentinin, daha sonra isə Norveçdə fəaliyyət göstərən digər beynəlxalq təşkilatlar qarşısında etiraz aksiyaları planlaşdırmışdıq: "Lakin cəmiyyət üzvlərinin əksəriyyəti yay tətili olduğundan Azərbaycana səfər etdiklərindən bu planımız təxirə salınıb. Biz bu günü öz ofisimizdə anacağıq".

M.R.Təbrizi onu da əlavə edib ki, Dağlıq Qarabağ problemi ilə bağlı onların keçirdikləri aksiyalar Norveçdə fəaliyyət göstərən digər dövlətlərin təşkilatları tərəfindən yalnız sözdə dəstəklənir: "Təəssüflər olsun ki, işbirliyimiz yoxdur". O, həmçinin Norveçdə erməni diasporunun fəaliyyətinin zəifliyindən də danışıb. Bildirib ki, ermənilər Azərbaycan diasporlarının Ermənistanın işğalçı siyasəti ilə bağlı keçirdiyi hər hansı bir tədbirə maneçilik törədə bilməzlər: "Onlar belə məsələlərlə bağlı bizim qarşımızda otura bilməzlər. Onsuz da ermiənilərin Norveçdə nüfuzu azdır".

Xəbər lenti

Xəbər lenti