...

Ermənilərin törətdikləri yanğınlarla əlaqədar Qazaxın iki kəndinin yanğınsöndürmə komandası gücləndirilmiş iş regiminə keçib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Avqust 2006 16:40 (UTC +04:00)

Avqustun 11-də ermənilərin Qazax rayonunun Fərəhli və Daş Salahlı kəndləri ilə sərhəd ərazilərdə törətdikləri yanğınlarla əlaqədar olaraq bu kəndlərin yanğınsöndürmə komandaları gücləndirilmiş iş rejiminə keçib. Trend ANS-ə istinadən xəbər verir ki, bu barədə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rauf Hüseynov məlumat verib.

Ermənilərin Qazax rayonu ilə sərhəd ərazilərdə otlaq sahələrini yandırması nəticəsində yanğın Fərəhli və Daş Salahlı kəndlrinə də keçib. Hər iki kəndə ciddi ziyan dəyib.

İlk belə hadisə avqustun 10-da gündüz saatlarında baş verib. Yeril əhali öz gücü sayəsində yanğını söndürə bilib. Avqustun 11-nə keçən gecə saat 2 radələrində isə ermənilər yenidən əraziləri yandırıb. Geniş ərazini bürüyən alovun qarşısını almaq üçün hadisə yerinə yanğınsöndürmə briqadarı cəlb olunub və yanğın söndürülüb.

Xəbər lenti

Xəbər lenti