...

ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərinin tarixi qəti olaraq razılaşdırılacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Noyabr 2006 18:50 (UTC +04:00)

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişə regionuna növbəti səfərinin dəqiq tarixi hələ razılaşdırılmayıb. Bu barədə Trend ə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov vasitəçilərin münaqişə regionuna noyabrın 3-cü ongünlüyünün əvvəlində səfər edəcəyi ilə bağlı məlumatı şərh edərkən bildirib.

"Biz səfərin tarixini hələ qəti olaraq razılaşdırmamışıq. Buna görə də bu barədə hələlik dəqiq deyə bilmərəm. Səfərin tarixi və marşrutu noyabrın 14-də Brüsseldə dəqiqləşdiriləcək. Burada MQ həmsədrləri həm Azərbaycan və Ermənistan XİN başçıları, həm də öz aralarında məsləhətləşmələr aparacaq", - deyə Y.Merzlyakov bildirib.

Rusiyalı diplomat qeyd edib ki, MQ həmsədrləri dekabrın 10-da Dağlıq Qarabağda keçiriləcək konstitusiyaya dəyişikliklərlə bağlı referendum üzrə ümumi mövqe işləməyib. "Biz hələ görüşməmişik və bu məsələni müzakirə etməmişik. Bu, Brüsseldə baş verəcək", - deyə Y.Merzlyakov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti