...

Dövlət Komissiyası əsir düşmüş Azərbaycan əsgəri ilə bağlı yayılan məlumatlardan narahatdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Dekabr 2006 18:34 (UTC +04:00)

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əsir düşmüş Azərbaycan əsgəri ilə bağlı yayılan məlumatlardan narahatdır. Bu barədə Komissiyadan Trend ə daxil olan məlumatda qeyd oulnub.

Dövlət Komissiyası kütləvi informasiya vasitələrini insan taleyi, xüsusən əsir, itkin və girovlar kimi həssas məsələlərlə bağlı məlumat yayarkən obyektiv olmağa çağırır.

Məlumatda həmçinin göstərilir ki, dekabrın 7-də cəbhənin Ağdam rayonu istiqamətində, qoşunların təmas xəttində erməni hərbi birləşmələri tərəfindən əsir götürülmüş Azərbaycan əsgəri, Balakən rayon sakini, 1988-ci il təvəllüdlü Qaracayev Iüsal Məhəmməd oğlunun azad olunması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir.

Dövlət Komissiyası bu məqsədlə Beynəlxalq Qızıl Xaç Komitəsi və digər aidiyyəti beynəlxalq təşkilatlarla gündəlik görüşlər keçirir, danışıqlar aparır, əsgərin saxlanma şəraitinin humanitar hüquq normalarına uyğun olması, səhhətinin nəzarətdə saxlanması və onun tezliklə azad olunması üçün işləri davam etdirir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu Iüsal Qaracayevin valideynləri ilə telefon əlaqəsi saxlayıb, onlarla görüşərək övladlarının azad edilməsi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.

Bütün bunlarla yanaşı, Dövlət Komissiyası Iüsal Qaracayevlə bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan yoxlanılmamış məlumatlardan narahatlıq keçirir və bu cür informasiyaların ümumi işə mənfi təsir edə biləcəyindən ehtiyat edir.

Xəbər lenti

Xəbər lenti