...

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması halları intensivləşib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Aprel 2007 14:05 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Ermənistan Silahlı Qüvvələri son üç gün ərzində intensiv olaraq Goranboyun işğal altında olan Talış kəndindəki yüksəklikdən azərbaycanlıların yaşadığı Tapqaraqoyunlu kəndini pulemyot və avtomatlarla atəşə tutub. Qoşunların təmas xəttində olan əməkdaşımızın məlumatına görə, atəş nəticəsində Azərbaycan əhalisinin 10-dan artıq mal-qarası tələf olub. Bundan əlavə yaşayış evlərinə də ziyan dəyib.

Müdafiə Nazirliyi məlumatı nə təsdiq, nə də təkzib edib.

Xəbər lenti

Xəbər lenti