...

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri: "Azərbaycan və Ermənistan XİN rəhbərləri Belqradda görüşəcəklər"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Aprel 2007 13:51 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri: "Azərbaycan və Ermənistan XİN rəhbərləri Belqradda görüşəcəklər"

Rusiya, Moskva /müx. " R.Ağayev/ Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü aprelin 18-də Belqradda ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçiriləcək. Bu barədə Trend in Moskvadakı xüsusi müxbirinə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov məlumat verib. O ümid edib ki, həmsədrlərin bölgəyə növbəti səfəri Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünədək baş tutacaq. Güman olunur ki, bu təmaslar mayın sonunda və ya iyunun əvvəlində gerçəkləşəcək.

"Mənə çox xoşdur ki, Məmmədyarov Rusiyanı danışıqlar prosesinin aktiv iştirakçısı kimi xarakterizə edib. Mən Azərbaycan XİN başçısının sizin bəzi həmkarlarınızın suallarını gündəmdən çıxaran bəyanatını yüksək qiymətləndirirəm" - deyə Merzlyakov qeyd edib.

Nizamlanmanın perspektivlərinə gəldikdə isə rusiyalı həmsədr müvəqqəti proqnozları ən çətin iş kimi dəyərləndirərək qeyd edib ki, bütün obyektiv şərtlər kənara qoyulsa, nizamlanmanın baza prinsiplərinin razılaşdırılması üçün hazırda imkanlar var. Merzlyakov hesab edir ki, hər şey tərəflərin siyasi iradəsindən asılıdir: "Fikrimcə, bu prinsipləri razılaşdırmaq üçün həqiqətən də tərəflər bir-birinə doğru son addımları atmalıdır". Rusiyalı diplomat hesab edir ki, əgər bu, baş versə, razılaşmanın hazırlanması ilə bağlı çox mürəkkəb iş başlayacaq. "Burada çoxlu problemlər, ziddiyyətlər olacaq. Ancaq əsas odur ki, əgər indi biz bu prinsipləri razılaşdırsaq, gələcək nizamlanmanın əsas aparıcı konstruksiyaları razılaşdırılacaq və bu, xələflərimizə, Ermənistanın yeni rəhbərliyinə və Azərbaycan tərəfinə daha sonra prosesi bərpa etmək üçün arxaya doğru müəyyən geri addımlar atmamağa imkan verəcək" - deyə o qeyd edib.

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədrinin fikrincə, Ermənistandakı seçkilər müvafiq prosesi yubatmayacaq. Çünki bu proses seçkilərdən asılı olmayaraq xarici işlər nazirləri səviyyəsində davam etdirilir və bu çox vacibdir. "Məndən soruşurdular ki, Ermənistan baş nazirinin vəfatı danışıqlar prosesinə necə təsir göstərəcək və mən dedim ki, bu ona təsir göstərməməlidir. Zənnimcə, hökumət müvəqqəti əsasda, yəni xarici işlər nazirləri çalışmaqda davam edəcəklər. Ümidvaram ki, həmçinin sizin məsələnizin çözülməsi ilə bağlı iş davam etdiriləcək" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti