Azərbaycan, Bakı/müxbir Trend S.Ağayeva/ Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan rayonlarının azad olunması məsələsi kifayət qədər çətindir, onun həlli çox vaxt aparacaq. Bu barədə ATƏT Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov cümə günü Bakıda keçirilmiş mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, münaqişənin həllinin bu mərhələsində 7 rayonun azad olunması məsələsi həll olunacaq və Dağlıq Qarabağın statusu gələcək müzakirələrin mövzusu qalacaq. Diplomat növbəti dəfə təsdiq edib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsində federasiya kimi nəzərdən keçirilir və bu mövqeni Ermənistan da daxil olmaqla dünyanın bütün dövlətləri dəstəkləyir.
Merzlyakovun qeyd etdiyi kimi, indi sulh yolu ilə həllin baza prinsiplərinin razılaşdırılması barədə danışmaq tezdir. O əminliyini bildirib ki, əgər iyunun 9-da Sankt-Peterburqda keçiriləcək Azərbaycan və Ermənistan prezidentlərinin görüşü uğurlu olsa, bu, münaqişənin həllində impuls, danışıqlar prosesində isə irəliləyişə səbəb olacaq. Onun sözlərinə görə, tərəflər bu günə qədər vasitəçilərin təkliflərini ya qəbul, ya da rədd edirdi. Qarşıdan gələn görüşdə tərəflər özləri baza prinsiplərini müzakirə edəcək, deyə həmsədr bildirib. Laçın dəhlizinə gəldikdə, diplomat qeyd edib ki, bu məsələni hazırlayıb qurtarmağa ehtiyac var.