...

Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələri üçün inşa edilən mənzillərin sayı artırılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 İyun 2007 15:51 (UTC +04:00)

Azərbaycan. Gəncə / Trend , müxbir V.Məmmədov/ Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələri üçün bu il inşa edilən mənzillərin sayı 390-na çatdırılacaq. Bu barədə Qazaxda olarkən əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin rəisi İbrahim Heydərov məlumat verib. Onun sözlərinə görə, bu il inşa edilməsi nəzərdə tutulan yaşayış binaları və evlər üçün idarəyə 6 mln. 405 min manat vəsait ayrılıb.

Heydərov bildirib ki, hazırda mənzilə ehtiyacı olan bütün Qarabağ əlilləri və şəhid ailələr siyahıya alınır.

O, həmçinin bildirib ki, ilin sonunadək Yevlax və Xaçmaz rayonlarında Əlillərin Bərpa Mərkəzləri istifadəyə veriləcək.

Bu il əlillərin sosial müdafiəsi üçün dövlət büdcəsindən 11 mln. 282 min manat vəsait ayrılıb.

Qazax paytaxt Bakıdan 520 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti