...

Azərbaycanın Ekologiya Nazirliyi ermənilərin törətdikləri yanğınlar nəticəsində işğal olunmuş ərazilərə dəyən ziyanın məbləğini müəyyənləşdirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Avqust 2007 12:29 (UTC +04:00)
Azərbaycanın Ekologiya Nazirliyi ermənilərin törətdikləri yanğınlar nəticəsində işğal olunmuş ərazilərə dəyən ziyanın məbləğini müəyyənləşdirib

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Ermənistan Silahlı Qüvvələrinin bir neçə ay müddətində Ağdam rayonunun işğal altında olan kəndlərinin ətraf ərazilərinin yandırılması nəticəsində ətraf mühitə dəymiş ziyanın məbləğini müəyyənləşdirib. Nazirliyin mətbuat xidmətindən cümə günü bildiriblər ki, yanğınlar nəticəsində ətraf mühitə 12642 manat ziyan dəyib. Torpağa dəyən ziyan 11 min manat, bitkilərə dəyən ziyan 1100 manat, atmosferə dəyən ziyan isə 542 manatdır. Aparılan müşahidələr göstərir ki, Ağdam rayonunun Qarapirim, Papravənd, Yusifcanlı, Novruzlu, Bağbanlar, Sarıcallı və Uzundərə kəndlərinin təxminən 6 hektardan çox otlaq və biçənək sahələri yandırılıb.

Xəbər lenti

Xəbər lenti