Avqustun 2-də Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttinin şimal-şərq istiqamətində Qarabağ tərəfinə keçərkən Azərbaycan vətəndaşı əsir götürülüb.
Qondarma Dağlıq Qarabağ respublikasının əsir və itkin düşmüş vətəndaşların məsələləri üzrə Dövlət Komissiyasından cümə günü "Mediamaks"a bildiriblər ki, saxlanılan şəxsin üzərində kimliyini təsdiq edən sənəd olmayıb. O, özünü 1978-ci il təvəllüdlü Tərtər sakini Anar Marif oğlu Əliyev kimi təqdim edib.
Bu şəxsin saxlanılması ilə bağlı məlumatlar ATƏT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) ofislərinə təqdim olunub. Bu gün BQXK nümayəndələri əsir düşmüş şəxsin yanında olublar.