Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Türkiyə Silahlı Qüvvələrinin Kəşfiyyat İdarəsinin rəisi, ordu generalı Münürəm Ertənin Azərbaycana birgünlük səfəri çərçivəsində, iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub, cümə axşamı Trend ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Türkiyəli generalın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana sentyabrın 20-də səfər edib.
Məlumata görə, səfər çərçivəsində türkiyəli hərbçilər Azərbaycan Müdafiə Nazirliyində bir sıra görüşlər keçiriblər. Müzakirə olunan məsələlərin detalları açıqlanmayıb.