...

Kaliforniyalı senator: Azərbaycan və Amerika qadınları qlobal problemlərin həll edilməsində fəal əməkdaşlıq edə bilərlər

Siyasət Materials 26 Sentyabr 2007 16:43 (UTC +04:00)
Kaliforniyalı senator: Azərbaycan və Amerika qadınları qlobal problemlərin həll edilməsində fəal əməkdaşlıq edə bilərlər

Azərbaycan, Bakı / Trend S.Ağayeva/ Azərbaycan və Amerika qadınları qlobal problemlərin həll edilməsində fəal əməkdaşlıq edə bilərlər. Bu barədə çərşənbə günü jurnalistlərə müsahibəsində Azərbaycanda səfərdə olan ABŞ-ın Kaliforniya ştatının senatorlarından ibarət nümayəndə heətinin rəhbəri Şeyla Xyu bildirib

Senator təhsil və səhiyyə sahəsində, həmçinin iki ölkənin ictimai-siyasi həyatında azərbaycan və kaliforniya qadınları arasında əməkdaşlığın inkişafını vacib hesab edib.

"Azərbaycan qadınının potensialı kifayət qədər böyükdür. Bu gün lider-qadınlar ölkənin siyasi və iqtisadi həyatında fəal iştirak edir" - deyə ABŞ-ın Azərbaycandakı səfiri xanım Enn Dersi bildirib.

Onun sözlərinə görə, ABŞ senatorlarının səfərində məqsəd əməkdaşlıq yollarının öyrənilməsidir.

Bu gün Kaliforniyalı senatorlar Azərbaycanın lider-qadınları ilə ABŞ səfirliyində görüş keçiriblər. Bu gün həmçinin senatorları Azərbaycan prezidenti İlham Əliyev qəbul edib.

Xəbər lenti

Xəbər lenti