...

AŞ PA prezidenti: "Azərbaycandakı siyasi məhbuslarla bağlı yeni məruzəçi təyin olunacaq"

Siyasət Materials 1 Oktyabr 2007 16:56 (UTC +04:00)
AŞ PA prezidenti:  "Azərbaycandakı siyasi məhbuslarla bağlı yeni məruzəçi təyin olunacaq"

Fransa, Strasburq/ Trend , A.Məhərrəmli/ AŞ PA Azərbaycandakı siyasi məhbuslarla bağlı yeni məruzəçi təyin edəcək. bu barədə jurnalistlərə bazar ertəsi mətbuat konfransında Avropa Şurası Parlament Assambleyasının prezidenti Rene van der Linden məlumat bverib.

AŞ PA rəhbəri bildirib ki, Avropa Şurası Azərbaycanda jurnalistlərin həbsi və siyasi məhbusların mövcudluğundan narahatdır. O bəyan edib ki, Avropa Şurası üçün bu, qəbuledilməzdir.

Lindenin sözlərinə görə, Avropa Şurası dəfələrlə bu məsələni Azərbaycan tərəfi ilə müzakirələrdə qaldırıb və bu gün də AŞ PA-dakı Azərbaycan nümayəndə heyəti ilə bu məsələ müzakirə olunub.

"Jurnalistlər hərdən təhlükəli yaxud da bu cür qiymətləndirilən şəraitdə fəaliyyət göstərirlər. Onları həbs edirlər ki, bu da tamamilə qəbulolunmazdır",-deyə AŞ PA prezidenti bildirib.

"Ümid edirəm ki, yeni məruzəçi bütün Avropa ölkələri üçün çox mühim olan siyasi məhbuslar məsələsində qətiyyətli mövqe tutacaq. AŞ PA və Monitorinq qrupu bu məsələdə qətiyyətli mövqe qəbul etməlidir. Bütün siyasi məhbusları azad etmək çöx vacibdir. Siyasi məhbus anlayışının özü qəbuledilməzdir",-deyə o söyləyib.

Xəbər lenti

Xəbər lenti