...

İranlı politoloq: "Azərbaycanı dəstəklədiyini iddia etsə də .İran birmənalı olaraq Ermənistana dəstək verib"

Siyasət Materials 23 Oktyabr 2007 17:56 (UTC +04:00)
İranlı politoloq: "Azərbaycanı dəstəklədiyini  iddia etsə də .İran birmənalı olaraq Ermənistana dəstək verib"

Azərbaycan, Bakı / Trend müxbir D.Xatınoğlu/ İran prezidentinin, Ermənistana rəsmi səfərini yarımçılıq qoyub, Tehrana qayıtmagını, İran-Türkiyə münasibətlərini gərginləşdirməmək məqsədilə edib. "İran prezidenti Iran-Türkiyə münasibətlərinin gərginləşməməsi üçün Ermənistana səfərini yarımçıq qoyub", - deyə, İranlı politoloq Əlirza Nurizadə (Alireza Nourizadeh) bildirib.

Oktyabrın 22-də İran prezidenti Mahmud Əhmədinejad həmkarı Robert Koçaryanın dəvəti ilə Ermənistana səfər edib. İkigünlük səfərdə İran prezidenti Ermənistanda qondarma "erməni soyqırımı" abidəsinə əklilqoyma mərasimini həyata keçirmədən, səfərini yarımçıq qoyaraq, oktyabrın 23-də Tehrana qayıdıb.

Nurizadə çərşənbə axşamı Londondan telefonla Trend ə bildirib ki, ABŞ Konqresində qondarma "erməni soyqırımı" barədə müzakirələr getdiyi zaman, İran prezidentinin İrəvana səfəri İran- Türkiyə və İran - Azərbaycan münasibətlərinə xələl gətirə bilər.

"Əhmədinejad, Xəzər dənizinin hüquqi statusunu Azərbaycanla müzakirə etdiyi bir zamanda, bu ölkənin 20% torpağını işğal etmiş ermənilərlə sıx iqtisadi-siyasi əlaqələr qurmaqla, İran-Azərbaycan əlaqələrinə zərbə vura bilər" -deyən Nurizadə iddia edib ki, İran hər zaman Erməistan-Azərbaycan münaqişəsində birmənali olaraq rəsmi İrəvanı dəstəkləyib. İran təkcə müharibədə deyil, müharibədən sonra da Azərbaycanda təxribat törədib. İranın hərbi qüvvəsi "Sepah"ın "Şimali Ceyş Əlməhdi" qrupunun Azərbaycanda təxribat və casusluqla məşğul olması barədə faktlar var.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin bu ilin yanvarında keçirdiyi əməliyyat nəticəsində həbs olunmuş "Sepah"la bağlı olan 16 nəfər barəsində 6 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

"İran prezidenti Ermənistana səfəri zamanı, "erməni soyqırımı" ifadəsini dəfələrlə dilə gətirib və bildirib ki, İranda hər il bu münasibətlə aksiyalar keçirilir. Əhmədinejadın "erməni soyqırımı" ifadəsini işlətməsi İran-Türkiyə və İran-Azərbaycan münasibətlərinə ciddi xələl gətirəcək. Buna baxmayaraq, Əhmədinejad iddia edir ki, onun bu fikirləri hər hansı ölkənin əleyhinə yönəlməyib", - deyə iranlı politoloq bildirib.

Nurizadə Əhmədinejadın, Ermənistan ərazisindən keçməklə, Avropaya qaz kəmərinin çəkilməsi barədə planlarına da münasibətini açıqlayıb: "Fikrimcə, Türkiyə ərazisindən qaz kəməri çəkmək İran üçün daha səmərəli ola bilər. İran hazırda siyasi sanksiyalara məruz qalıb. Eyni vaxtda, Azərbaycan, Ermənistan, Pakistan və Türkiyə ərazisində neft və qaz kəməri çəkmək planlarından danışır. Ancaq bu planlar milyardlarla dollar həcmində vəsait tələb edir. İanın özünün bu məbləğə gücü çatmır və heç bir xarici şirkət bu planlara sərmayə yatırmaqda maraqlı deyil. Beləliklə, bu planlar heç zaman həyata keçirilməyəcək", - deyə politoloq qeyd edib.

Xəbər lenti

Xəbər lenti