...

KXCP sədri:"Seçki komissiyalarının beş partiyanın nümayəndələrindən formalaşdırılması təklifi cəfəngiyyatdır"

Siyasət Materials 25 Oktyabr 2007 17:32 (UTC +04:00)
KXCP sədri:"Seçki komissiyalarının beş partiyanın nümayəndələrindən formalaşdırılması təklifi cəfəngiyyatdır"

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) seçki komissiyalarının Azərbaycanın beş siyasi partiyasının nümayəndələrindən formalaşdırılması təklifini cəfəngiyyat hesab edir. Bu barədə çümə axşamı Trend açıqlamasında KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib.

"Hansı partiyaların nəzərdə tutlmasından asılı olmayaraq, seçki komissiyalarının beş partiyanın nümayəndəsinin iştirakı ilə formalaşdırılması mümkün deyil. Mən həmin beş partiyanın rəhbərlərini ağıllı adamlar hesab edirəm və inanmıram ki, onlar belə təkliflə çıxış etsinlər", -deyə Mirəlioğlu əlavə edib.

Onun fikrincə, müxalifətin seçki qanunvericiliyinin təkmilləşdirilməsi və komissiyaların təşkili ilə bağlı vahid mövqeyə gəlməsi vacibdir.

"Azadlıq" bloku hesab edir ki, seçki komissiyalarının formalaşdırılması zamanı 2005-ci ilin parlament seçkilərinin nəticələri nəzərə alanmalıdır. Blokun təkliflərinə əsasən, komissiyalar parlament seçkilərində bir faizdən artıq səs toplamış partiyaların nümayəndələrindən təşkil olunmalıdır. İknici təklifə əsasən, komissiyalar 1,5 faizdən artıq səs toplamış partiyaların nümayəndələrindən formalaşdırılmalıdır. Birinci variantda komissiyaları beş--Liberal, Xalq Cəbhəsi, Demokrat, Müsavat və Yeni Azərbaycan partiyaları, ikinci variantda isə, altı-- Liberal, Xalq Cəbhəsi, Demokrat, Müsavat, Vətəndaş Həmrəyliyi və Yeni Azərbaycan partiyaları nümayəndələrindən formalaşdırılmalıdır.

"Azadlıq" blokunun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib ki, irəli sürdükləri təklifdə dəqiqləşdirilməsi vacib olan bir sıra məsələlər var. Parlament seçkilərində iştirak edən və xeyli səs toplayan "Yeni Siyasət" blokunda təmsil olunan partiyalar və parlament seçkilərindən sonra iki hissəyə parçalanan Azərbaycan Milli İstiqlal Partiyasının seçki komissiyalarında təmsil olunması məsələsi həllini tapmalıdır.

"Azadlıq" bloku Müsavat Partiyası ilə məsləhətləşmələr aparır. Demokrat Partiyasının təkliflərimiz haqında məlumatı var. "Azadlıq" bloku təkliflərini digər partiyalarla müzakirə etməyib və buna ehtiyac da yoxdur. Çünki digər partiyalar parlament seçkilərində təşkilat kimi iştirak etməyiblər", -deyə Əliyev əlavə edib.

Cümə günü Klassik Xalq Cəbhəsi, Milli Demokrat (Bozqurd), Müsavat, Milli İstiqlal, Açıq Cəmiyyət, Ümid, Azadlıq, Türk Millətçi, Azad Azərbaycan partiyalarının nümayəndələri KXCP-nin qərərgahında görüşərək, seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı vahid mövqedən çıxış etmək haqqında razılığa gəliblər. Ədalət, Böyük Quruluş və Xalq partiyaları bu qərara qoşulublar.

Əliyev əlavə edib ki, "Azadlıq" bloku belə görüşlərdə iştirak etməyi vacib saymır: "Görüntü yaratmaq xatirinə toplantılar keçirməyin əleyinəyik. Şüarçılıqla deyil, real işlə məşğul olmaq lazımdır".

Xəbər lenti

Xəbər lenti